Canan Karataya ağır itki - FOTOLAR

Türkiyənin məşhur həkimi, professor Canan Karataya ağır itki üz verib.

Nov 25, 2025 - 13:20
Canan Karataya ağır itki - FOTOLAR

SAVASHMEDİA.az xəbər verir ki, Karatayın özü kimi həkim olan həyat yoldaşı Ali Başak Karatay vəfat edib.

78 yaşlı Ali Başak Karatayın hansı səbəbdən həyatını itirdiyi açıqlanmayıb. Məlumata görə, Ali Karatay ABŞ-dəki Sirakyusa Universitetindən məzun olub, İstanbul Boğaziçi Universitetinin Fəlsəfə şöbəsinin qurucularından biridir.

Qeyd edək ki, 46 ildir evli olan cütlüyün 42 yaşında bir oğulu var. 82 yaşlı Canan Karatay müsahibələrində Ali Karataydan hər zaman fəxrlə bəhs edib. “Yanımda olsa belə həsrətini çəkirəm” deyən Canan Karatay həyatı yoldaşı ilə anasının və qayınanasının vasitəsilə tanış olduğunu bildirib. 

Xatırladaq ki, Canan Karatay sağlam qidalanma üzrə tövsiyələri ilə tez-tez gündəmə gəlir. Belə ki, məşhur həkim verdiyi tövsiyələrə özü əməl etdmədiyinə görə tənqidlərə məruz qalır.

Banu

Fotolarda: Canan Karatay və həyat yoldaşı