Samirə Əfəndinin qucaqladığı erməninin dosyesindəki QARABAĞ İZİ - 2019-cu ildə
Astanada keçirilən beynəlxalq müsabiqənin finalında Azərbaycan təmsilçisi Samirə Əfəndinin Ermənistan nümayəndəsinə 12 bal verməsi, ardınca isə onu qucaqlaması etirazlara səbəb olub.
SAVASHMEDİA.az-ın xəbərinə görə, Samirə əfəndinin qucaq açdığı erməni ifaçı Saro Gevorqyanla bağlı yeni faktlar üzə çıxıb.
Əldə etdiyimiz məlumata görə, Saro Gevorqyan Ermənistan vətəndaşı olmasına baxmayaraq, hərbi xidmətini o vaxt işğal altında olan Qarabağ torpaqlarında çəkib.
Belə ki, Saro Gevorqyan 2019-cu ildə Qarabağda hərbi xidmətdə olub.
Xatırladaq ki, Saro Gevorgyan 23 dekabr 1998-ci ildə Ermənistan Respublikasının Geqarkunik vilayətində anadan olub. Pop musiqisi ilə məşğul olan Saro Gevorgyan Yerevan Dövlət Mədəniyyət və İncəsənət Kollecinin məzunudur.
Oğuz