İrəvandan "yerazlar"a salam göndərən türkə cinayət işi açıldı 

Ermənistanda İrəvanın mərkəzindən video çəkib paylaşan türkiyəli bloger Ogün Özdəmirə cinayət işi açılıb.

Apr 2, 2025 - 15:23
İrəvandan "yerazlar"a salam göndərən türkə cinayət işi açıldı 

SAVASHMEDİA.az xəbər verir ki, Ogün Özdəmir “hakimiyyəti zorakılıqla ələ keçirməyə çağırış”da ittiham edilir.

Ermənistan İstintaq Komitəsindən bildirilib ki, cinayət işi “hakimiyyəti ələ keçirməyə çağırış, ölkənin ərazi bütövlüyünə, dövlət suverenliyinə hörmətsizlik və konstitusiya quruluşunun zorakılıqla dəyişdirilməsi” (Ermənistan Cinayət Məcəlləsinin 422-ci maddəsinin 2-ci hissəsi) ilə bağlı açıq bəyanatlar əsasında açılıb.

Xatırladaq ki, Azərbaycanda riyaziyyat müəllimi kimi fəaliyyət göstərən Ogün Özdemir İrəvanda çəkdiyi videoda Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik etmişdi. 

O, canlı yayımda Azərbaycanın qədim torpağı İrəvandan azərbaycanlılara, xüsusən də "yeraz"lara (əslən Qərbi Azərbaycandan olan insanlar nəzərdə tutulur - red.) salam göndərmişdi.

Oğuz