Reper Əkbər Novruzlu söyüşə görə saxlanılıb - Bulvardakı konsertdə...
Epi adı ilə tanınan reper Əkbər Novruzlunu polis saxlayıb.
Məlumata görə, onun saxlanılmasına bir neçə gün əvvəl Bakıda keçirilən kütləvi tədbirlərin birində səsləndirdiyi repdə söyüş və əxlaqsız ifadələrin yer almasının səbəb olduğu bildirilir.
Bakı bulvarındakı “EGP Arena”da baş tutan tədbir zamanı açıq məkanda ifa edilən həmin rep sosial şəbəkələrdə yayılıb, vətəndaşlar tərəfindən birmənalı qarşılanmayıb.
Hazırda reperlə bağlı araşdırma aparılır. (qafqazinfo)