İmamoğluya hökm oxundu - 1 il, 8 ay
İBB sədri və CHP-nin prezidentliyə namizədi Əkrəm İmamoğlunun İstanbul Baş prokuroru Akın Gürlekə "hədə-qorxu gəlmə" ittihamı ilə mühakimə olunduğu məhkəmə prosesində hökm oxunub.
SAVASHMEDİA.az xəbər verir ki, “Terrorla mübarizə aparan şəxsi hədəfə almaq” ittihamı ilə bəraət qazanan İmamoğlu “vəzifəsinə görə dövlət məmurunu açıq şəkildə təhqir etmək” ittihamı ilə 1 il 5 ay 15 gün, “hədələmək” ittihamı ilə isə 2 ay 15 gün həbs cəzası alıb.
İmamoğlu “Akın Gürlek Davası”nda ümumilikdə 1 il 8 ay həbs cəzasına məhkum edilib.
Ə.İmamoğlu üçün prokurorun tələb etdiyi siyasi fəaliyyət qadağası tətbiq olunmayıb.
Banu