Azərbaycanda canavar bu yoldan keçən maşınlara hücum edir - ANBAAN VİDEO

Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Batabat yaylaq massivində canavarın avtomobillərə hücum etməsi hadisəsi qeydə alınıb.

Aug 20, 2025 - 13:19
Azərbaycanda canavar bu yoldan keçən maşınlara hücum edir - ANBAAN VİDEO

Hadisə Naxçıvan-Şahbuz-Batabat magistral avtomobil yolu üzərində baş verib.

Sürücülər və yerli sakinlərin bildirdiyinə görə, canavar əsasən yolda hərəkətdə olan nəqliyyat vasitələrinə hücumlar edir.

Qeyd edilir ki, bir neçə vətəndaş canavarın avtomobillərə yaxınlaşaraq təcavüzkar davranışını mobil telefonla qeydə alıb.

SAVASHMEDİA.az həmin görüntüləri təqdim edir: