NATO baş katibi Ərdoğanı məlumatlandırdı

NATO-nun baş katibi Mark Rutte Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib. 

Aug 20, 2025 - 13:30
NATO baş katibi Ərdoğanı məlumatlandırdı

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Türkiyə prezidentinin mətbuat xidməti X səhifəsində məlumat yayıb. 

“Söhbət zamanı Ukrayna və Rusiya arasında sülh prosesindəki son hadisələr müzakirə edildi. 

Prezident Ərdoğan və NATO-nun baş katibi Rutte Türkiyənin Ukraynada sülh prosesində və Qara dəniz təhlükəsizliyində əsas rolunu qeyd ediblər.

Prezident Ərdoğan və NATO-nun baş katibi Rutte NATO-nun ən mühüm ölkələrindən biri kimi Türkiyənin sülh prosesinə və sıx koordinasiyaya töhfəsi ilə bağlı razılığa gəldilər”, - deyə məlumatda bildirilib.

Türkiyə prezidentinin mətbuat xidməti əlavə edib ki, Ərdoğan və Rutte  “həyat qabiliyyətli və dayanıqlı təhlükəsizlik təminatları” mövzusunda da fikir mübadiləsi aparıblar.

Xatirə SADİQ