Əhməd əş-Şaraa Putindən onu istəyəcək - Əsəd təhvil verilir?
Suriyanın müvəqqəti prezidenti Əhməd əş-Şaraa bu gün Moskvadakı danışıqlar zamanı ölkəsinin keçmiş lideri Bəşər Əsədin ekstradisiyasını rəsmi şəkildə tələb edəcək.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Agentlik hesab edir ki, Əhməd əş-Şaraa bu tələbini iddia edilən cinayətlərinə görə Bəşər Əsədin mühakimə olunması ilə əsaslandıracaq.
Suriya prezidentinin Moskvaya işgüzar səfər çərçivəsində prezident Vladimir Putinlə də görüşəcəyi gözlənilir.
Tərəflər arasında siyasi, ticarət-iqtisadi və humanitar sahələrdə Rusiya-Suriya əlaqələrinin hazırkı vəziyyəti və inkişaf perspektivlərini, həmçinin Yaxın Şərqdəki son durum müzakirə ediləcək.
Səlcuq