Tramp miqrantların qarşısını qara rənglə alacaq

ABŞ prezidenti Donald Tramp Meksika ilə sərhəddəki divarın qara rəngə boyanmasını əmr edib.

Aug 20, 2025 - 13:33
Tramp miqrantların qarşısını qara rənglə alacaq

SAVASHMEDİA.az “Associated Press” agentliyinə istinadən xəbər verir ki,  bunu ABŞ-nin daxili təhlükəsizlik naziri Kristi Noem sərhəd bölgələrindən birinə səfər edərkən deyib.

ABŞ hakimiyyəti güman edir ki, qara divar miqrantları ona dırmaşmaqdan çəkindirəcək, çünki qızmar günəşdə o “dözülməz dərəcədə qızacaq”. Bundan başqa, boya pasın yaranmasının qarşısını almağa kömək etməlidir.

Bunun miqrantlar üçün vəziyyəti daha da pisləşdirib-pisləşdirməyəcəyi ilə bağlı jurnalistlərin sualına amerikalı nazir belə cavab verib: “Ona toxunmayın. İnsanların seçimi var”. 

Noem layihənin neçəyə başa gələcəyinə və layihənin gerçəkləşməsinin nə qədər vaxt alacağına aydınlıq gətirməyib.

Agentlik qeyd edib ki, artıq divarın qara rəngə boyanması prosesinə başlanılıb. 

Xatirə SADİQ