"Netanyahu  qəhrəmandır, mən də eləyəm" - Tramp

ABŞ prezidenti Donald Tramp İsrailin baş naziri Benyamin Netanyahunu “müharibə qəhrəmanı” elan edib.

Aug 20, 2025 - 13:45
"Netanyahu  qəhrəmandır, mən də eləyəm" - Tramp

SAVASHMEDİA.az xəbər verir ki, Tramp radio aparıcısı Mark Levinlə müsahibəsində Netanyahu barədə danışıb.

"Netanyahu yaxşı insandır. Savaşır. O, bir müharibə qəhrəmanıdır, çünki birlikdə çalışdıq. Düşünürəm ki, mən də eləyəm", - deyə Tramp söyləyib.

Tramp həmçinin İranın nüvə obyektlərinə hücumlarda ABŞ-ın hava hücumlarının uğurlu olması ilə bağlı fikirlərini təkrarlayıb. (publika)