“Putin və komandasına şəxsi vaxtımı sərf etmişəm” - Stiv Uitkoff

ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff Rusiya pezidenti Vladimir Putin və komandası ilə ümumilikdə “24-25 saat şəxsi vaxt” keçirib.

Aug 20, 2025 - 14:28
“Putin və komandasına şəxsi vaxtımı sərf etmişəm” - Stiv Uitkoff

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Stiv Uitkoff “Fox News” telekanalına açıqlamasında deyib. 

O, görüşdüyü şəxslər arasında Putindən başqa, onun köməkçisi Yuri Uşakov və xarici işlər naziri Sergey Lavrovun da adını çəkib.

Qeyd edək ki, Uitkoff bu ilin əvvəlindən bəri Rusiyaya beş dəfə səfər edib. Səfərin sonuncusu avqustun əvvəlində olub. Xüsusi elçi ötən cümə Alyaskada ABŞ prezidenti Donald Tramp və Putin arasında keçirilən danışıqlarda da iştirak edib. Həmin görüş 2 saat 45 dəqiqə davam edib.

Xatirə SADİQ