Polşanın baş naziri Budapeşti istəmir - “Bəlkə mən mövhumatçıyam...”
Polşanın baş naziri Donald Tusk Ukrayna və Rusiya prezidentlərinin görüşünün Budapeştdə keçirilməsinin əleyhinə çıxıb.
SAVASHMEDİA.az xəbər verir ki, Tusk bu barədə X sosial şəbəkəsində yazıb.
“Budapeşt? Bəlkə hamı bunu xatırlamır, amma 1994-cü ildə Ukrayna artıq ABŞ, Rusiya və Böyük Britaniyadan ərazi bütövlüyünə təminat almışdı, Budapeştdə. Ola bilsin ki, mən mövhumatçıyam, amma bu dəfə başqa yer tapmağa çalışardım”, - deyə Tusk xəbərdarlıq edib.
“Politico” nəşri yazıb ki, ABŞ Macarıstanın paytaxtını Volodimir Zelenski ilə Vladimir Putin arasında keçiriləcək sammit üçün prioritet məkan kimi nəzərdən keçirir. Hərçənd, KİV-lər başqa variantları da sadalayırlar.
Xatirə SADİQ