Paşinyan Nəsimi Musayevdən DANIŞDI - "Sabah bizim əsgər onların tərəfinə keçsə..."
Azərbaycan hərbçisi Nəsimi Musayevin Ermənistanda saxlanılması ilə bağlı yeni açıqlama verilib.
SAVASHMEDİA.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan “Infocom” nəşrinin “Ctrl Z” proqramına müsahibəsində Musayevin vəziyyətindən danışıb.
Paşinyan bildirib ki, Azərbaycan hərbçisi ilə bağlı cinayət işi üzrə prosedurlar Ermənistanda həyata keçiriləcək.
Paşinyan onun Azərbaycana təhvil verilməsi məsələsinə də toxunub. Baş nazir mümkün mübadilə ilə bağlı sualı belə cavablandırıb:
“Tutaq ki, biz onlara deyirik: saxlanılanlardan birini bizə qaytarın ki, biz də bu hərbçini qaytaraq. Bəs sabah bizim hərbçimiz onların tərəfinə keçsə, onda kimi verəcəyik?”
Ermənistan parlamentinin spikeri Ruben Rubinyan da Nəsimi Musayevin Azərbaycana qaytarılması ehtimalına münasibət bildirib. O, hazırda belə bir prosesin olmadığını deyib.
Qeyd edək ki, Nəsimi Musayev Ermənistanın Sünik vilayətinin Şaki kəndində saxlanılıb. Ermənistan tərəfi onun barəsində cinayət işi başladıb və məhkəmə iki aylıq həbs qətimkan tədbiri seçib.
Oğuz