Azərbaycanın quru sərhədi açılır - Tarix bilindi

Bakı-Tbilisi sərnişin qatarının fəaliyyəti mayın sonunda bərpa ediləcək. 

May 1, 2025 - 13:27
May 1, 2025 - 14:37
Azərbaycanın quru sərhədi açılır - Tarix bilindi

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə trend-ə Gürcüstan hökumətindəki mənbə məlumat verib.

“Azərbaycan və Gürcüstan arasında Bakı-Tbilisi-Bakı istiqaməti üzrə qatar reysləri may ayının sonunda bərpa ediləcək”, – mənbə bildirib.

Mənbənin sözlərinə görə, dəqiq tarix hələki məlum deyil, bu istiqamətdə tərəflər arasında danışıqlar davam edir.

Xatırladaq ki, 2020-ci il martın 31-dən koronavirus infeksiyasına görə tətbiq olunmuş xüsusi karantin rejimi ölkəyə giriş-çıxışa məhdudiyyət qoyur – quru sərhədlər bağlıdır. 2025-ci il martın 18-də Nazirlər Kabineti xüsusi karantin rejimini iyulun 1-dək uzadıb.