Azərbaycana giriş qadağası qoyulan Valuyevdən qərara reaksiya – “Onların öz qaydaları var”
Rusiyalı deputat və boksçu Nikolay Valuev ona qarşı tətbiq edilən Azərbaycana giriş qadağasına münasibət bildirib,
SAVASHMEDİA.az xəbər verir ki, rusiyalı stəndapçılarının lağlağı obyekti olan Valuyev bu barədə “RİA Novosti”yə bildirib.
“Şərq incə məsələdir. Azərbaycan bizlərdə şərq ölkəsi sayılır. Orada hər hansı rəhbər mövcud tarixi ənənələrə uyğun olmalıdır. İlk növbədə, o, öz xalqını təmsil edir və müdafiə edir, onların öz qaydaları və öz nizamnaməsi var”, - deyə Valuyev bildirib.
Rusiyalı deputat bildirib ki, rəsmi sənədlərin olmaması səbəbindən vəziyyəti şərh etməkdə çətinlik çəkir.
Azərbaycandakı “Rus Evi”nə gəlincə, o, qeyd edib ki, bu, “keçmiş böyük dövlətimizin, ümumi evimiz Sovet İttifaqının bütün respublikalarında mövcud olan rus mədəniyyəti, mehriban qonşuluq münasibətləri və xalq diplomatiyası müstəvisində olan vəzifələr layihəsidir” və bu təşkilat “xalqlar arasında müstəsna yüksək, mədəni mübadilə naminə mövcuddur”.
“Onun bağlanması mənə aydın deyil və reaksiya verdim”, - deyə deputat izah edib. O, “Rus Evi” ilə vəziyyətin düzəldiləcəyinə ümid etdiyini bildirib.
Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyi bu deputatı persona-non-qrata elan edərək, bu qərarı onun bəyanatlarının təhqiramiz xarakteri ilə əsaslandırıb.
Xatirə SADİQ