Vilayət Eyvazov onu rəis təyin etdi

Gəncə Regional Mühafizə İdarəsinə yeni rəis təyin olunub.

Feb 10, 2025 - 18:15
Vilayət Eyvazov onu rəis təyin etdi

SAVASHMEDİA.az teleqraf-a istinadla xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə bu vəzifəyə polis polkovnik-leytenantı Elçin Əsgərov təyin edilib. Yeni rəisin bu gün təqdimatı olub.

Qeyd edək ki, Elçin Əsgərov daha əvvəl Tovuz Regional Mühafizə İdarəsinin rəisi vəzifəsində çalışıb.