Bu vitaminin çatışmazlığı gecə yuxusuzluğu yaradır

Orqanizmdə D vitamini çatışmazlığı gecə yuxusunun qısalmasına və yuxudan oyandıqdan sonra yenidən yatmaqda çətinlik yaranmasına səbəb ola bilər.

Nov 25, 2026 - 14:25
Bu vitaminin çatışmazlığı gecə yuxusuzluğu yaradır

SAVASHMEDİA.az xəbər verir ki, bu qənaətə ABŞ-nin Cons Hopkins Universitetinin alimləri gəliblər.

Araşdırmada orta və yaşlı yaş qrupundan olan 460 nəfərin qan analizləri və yuxu göstəriciləri təhlil edilib. Nəticələr göstərib ki, D vitamini çatışmazlığı olan şəxslər bu vitaminin səviyyəsi normal olanlarla müqayisədə gecə orta hesabla 23 dəqiqə az yatırlar.

Bundan başqa, orqanizmində D vitamini səviyyəsi yüksək olan insanların gecə yuxudan oyandıqdan sonra oyaq qaldıqları ümumi müddət daha qısa olur.

Tədqiqatçılar hələlik D vitamininin günəş işığı, qidalar və ya qida əlavələri vasitəsilə qəbul edilməsinin yuxuya təsirində fərq olub-olmadığını müəyyənləşdirə bilməyiblər.

Banu