Trampın qətlinə çağırış edən şəxs saxlanıldı - FOTO
ABŞ-də Prezident Donald Trampın qətlinə çağırışlar edən Venesuela vətəndaşı saxlanılıb.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə ABŞ Daxili Təhlükəsizlik Nazirliyi məlumat yayıb.
Bildirilib ki, saxlanılan şəxs ABŞ prezidentinin öldürülməsinə çağırış edən yazılar və anarxist simvolların yer aldığı stikerlər paylayıb.
Araşdırma zamanı onun 2016-cı ildə ABŞ ərazisinə qanunsuz daxil olduğu və həmin vaxtdan etibarən ölkədə yaşadığı müəyyən edilib.
ABŞ-nin daxili təhlükəsizlik naziri Markueyn Mallin bildirib ki, həmin şəxs həm ölkənin miqrasiya qanunlarını pozub, həm də dövlət başçısının həyatı üçün təhlükə yaradıb.
Banu