“ABŞ Ukrayna ilə bağlı yeni təkliflər üzərində işləyir” – Melaniya Tramp

“ABŞ administrasiyası Ukraynada münaqişənin nizamlanması ilə bağlı yeni təkliflər üzərində işləyir”.

Nov 24, 2026 - 10:20
“ABŞ Ukrayna ilə bağlı yeni təkliflər üzərində işləyir” – Melaniya Tramp

SAVASHMEDİA.az xəbər verir ki, bunu ABŞ-nin birinci xanımı Melaniya Tramp bildirib. 

“Biz bu istiqamətdə çalışırıq”, –  birinci xanım qeyd edib.

Bundan əvvəl isə ABŞ Prezidenti Donald Tramp Ukraynada atəşkəsə nail olmaq üçün daha genişmiqyaslı səylərin göstərilməsinin vacibliyini vurğulayıb.

Xatırladaq ki, Melaniya Tramp yay aylarında Rusiya və Ukraynadan olan uşaqların ailələrinə qovuşdurulması prosesinə dəstək verib. Nəticədə, beş uşaq ailəsinə qovuşub. Həmçinin Melaniya Trampın iştirakı ilə oktyabrın 27-dən noyabrın 1-dək Xerson vilayətinin Oleşki şəhərində Rusiya və Ukrayna arasında lokal atəşkəs elan edilib.

Bu xidmətlərinə görə, Ukrayna Prezidenti Volodimir Zelenski Melaniya Trampı I dərəcəli “Knyaginya Olqa” ordeni ilə təltif edib.

Banu