Trampın komandası Ukraynadakı müharibəni əbədi bitirmək istəyir
Donald Trampın komandası gələcəkdə bir daha bərpa olunmaması məqsədilə Rusiyanın Ukraynaya qarşı müharibəsini dayandırmaq üçün mümkün yolları araşdırır.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “CBS News” telekanalına müsahibəsində Trampın milli təhlükəsizlik müşaviri vəzifəsinə namizədi Mayk Uolts bildirib.
“Maraqlarımıza müvafiq olaraq uğur necə görünür? Biz müharibəni necə bitirəcəyik? Masa arxasında kimdir? Biz bütün tərəfləri masaya necə cəlb edə bilərik və sövdələşmənin çərçivəsi nədir? Bunlar onun (Tramp - red.) topladığı fantastik komanda ilə düşündüklərimizdir”, - deyə Uolts vurğulayıb.
Bununla belə, Uolts təfərrüatlara varmaq fikrində olmadığını qeyd edib. Onun sözlərinə görə, komandası Trampın andiçmə mərasiminədək hazırkı ABŞ administrasiyası ilə Ukraynada istənilən atəşkəs danışıqlarına aid olan məsələləri fəal şəkildə əlaqələndirir.
“Seçkilərdən sonra bizə gələn hər kəs, avropalı müttəfiqlərimiz, prezident Zelenski və başqaları mənim danışdıqlarıma – biz bu münaqişəni necə bitirəcəyik, sabitliyi bərpa etmək, qırğınları dayandırmaq üçün belə şəraitdə bunu necə edəcəyik, və ümid edirəm ki, onu əbədi etmək, sadəcə dayandırmaq üçün deyil kimi məsələlərə keçirdilər? Bütün bunlar bizim üzərində düşündüklərimizdir”, - deyə Uolts əlavə edib.
Xatirə SADİQ