Rusiya Avropaya yeni təhlükəsizlik sazişi təklif edir - NATO-ya MESAJ
Rusiya Avropada yeni təhlükəsizlik sazişlərinin imzalanmasını təklif edir.
SAVASHMEDİA.az xəbər verir ki, Rusiyanın xarici işlər naziri yanında xüsusi tapşırıqlar üzrə səfir Aleksey Drobinin Avropa ölkələri ilə üç mümkün razılaşma variantını açıqlayıb.
Bunlara qarşılıqlı müdafiə və yardım, bir-birinin rəqiblərinə dəstək verməmək, eləcə də hücum etməmək barədə müqavilələr daxildir. Sonuncu variantın NATO üzvü olan ayrı-ayrı ölkələrlə də imzalanması təklif olunur.
“Axios” nəşrinin məlumatına görə, ABŞ da Moskvanı Avropa ilə gələcək təhlükəsizlik razılaşmasına dair yeni təklif hazırlamağa çağırıb.
Qeyd edək ki, Rusiyanın Avropada yeni təhlükəsizlik sazişi ideyası yeni deyil. Dmitri Medvedev 2008-ci ildə prezident olduğu dövrdə də belə təşəbbüslə çıxış etmişdi.
Aytən