Trampdan Avropaya ŞOK ÇAĞIRIŞ - “Ukraynaya pul verməyi dayandırın!”
“ABŞ Prezidenti Donald Tramp “könüllülər koalisiyası”na daxil olan ölkələrin liderləri ilə məsləhətləşmələr zamanı onları Ukraynaya maliyyə vəsaiti ayırmağı dayandırmağa və həmin pulları öz iqtisadiyyatlarına yatırmağa çağırıb”.
SAVASHMEDİA.az xəbər verir ki, bunu Trampın xüsusi elçisi Cared Kuşner bildirib.
Onun sözlərinə görə, Tramp Ukraynadakı müharibəyə xərclənən yüz milyardlarla dolların əvəzinə bu vəsaitlərin ölkələrin iqtisadiyyatının inkişafına yönəldilməsinin daha məqsədəuyğun olduğunu bildirib.
Kuşner qeyd edib ki, həmin vəsaitlər yeni iş yerlərinin yaradılmasına, iqtisadi artımın stimullaşdırılmasına, enerji daşıyıcılarının qiymətlərinin azaldılmasına və infrastrukturun gücləndirilməsinə sərf edilə bilər.
Xatırladaq ki, bundan əvvəl Cared Kuşner Vaşinqtonun NATO-nun qarşıdurma yaratmaq niyyəti ilə bağlı Rusiyanın narahatlığını aradan qaldırmağa çalışdığını bildirmişdi.
Banu