Ukrayna ordusu Rusiyada kəndi ələ keçirdi
Ukrayna ordusu Rusiyanın Kursk vilayətindəki Novıy Put kəndinə daxil olub və ərazidə mövqelərini möhkəmləndirib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) hesabatında məlumat verilib.
Məlumata görə, noyabrın 18-də Rusiya hərbi mənbələri Ukrayna qüvvələrinin Qluşkovski rayonunda yerləşən Novıy Put kəndini ələ keçirdiyini bildirib.
Yaşayış məntəqəsi Rusiya-Ukrayna sərhədindən bir kilometrdən az məsafədə yerləşir.
Oğuz