“Cinpinin məlumatsızlığına təəccübləndim” – Tramp o zəngin detallarını AÇIQLADI

ABŞ Prezidenti Donald Tramp Çin lideri Si Cinpinlə keçirdiyi telefon danışığının təfərrüatlarını açıqlayıb.

Nov 24, 2026 - 10:09
“Cinpinin məlumatsızlığına təəccübləndim” – Tramp o zəngin detallarını AÇIQLADI

SAVASHMEDİA.az xəbər verir ki, Tramp söhbət zamanı tərəflərin “Nvidia” şirkətinin rəhbəri Censen Huanqı da müzakirə etdiklərini bildirib.

Tramp qeyd edib ki, Si Cinpin tanınmış iş adamı haqqında o qədər də məlumatlı deyil:

“Si Cinpinlə Censen Huanq haqqında uzun müddət danışdım. Əslində, Si onu tanımır. Düzünü desəm, onun Censen Huanq haqqında bu qədər az məlumatlı olmasına təəccübləndim”.

Qeyd edək ki, “Nvidia” şirkəti Censen Huanqı yenidən prezident və baş icraçı direktor vəzifəsinə qaytarıb. Bu qərarın ABŞ federal hakimiyyətinin yüksək səviyyəli nümayəndələrindən əldə edilən məlumatlar əsasında qəbul edildiyi bildirilib.

Banu