Peskov jurnalistin Bəşər Əsədlə bağlı sualını eşitməzliyə vurdu

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Suriyanın Moskvada mühacir həyatı yaşayan devrilmiş prezidenti Bəşər Əsədlə bağlı sualı cavablandırmayıb.

Oct 16, 2025 - 14:12
Peskov jurnalistin Bəşər Əsədlə bağlı sualını eşitməzliyə vurdu

SAVASHMEDİA.az xəbər verir ki, jurnalistlər ondan oktyabrın 15-də keçirilən Rusiya-Suriya danışıqları zamanı Suriyanın keçmiş prezidenti Bəşər Əsədin ekstradisiyası məsələsinin qaldırılıb-qaldırılmadığını soruşublar.

O, ümumiyyətlə sualı eşitməzliyə vurub və heç bir reaksiya göstərməyib.

Xatırldaq ki, bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov devrilmiş Suriya prezidentinin humanitar səbəblərə görə Rusiyada olduğunu bildirmişdi. 

Rusiya xarici işlər naziri vurğulayıb ki, Qərb mətbuatının və onun ailəsi haqqında bədxahların yaydığı bütün şayiələr yalandır. Əsəd və ailəsi yaxşı vəziyyətdədir və heç bir problemləri yoxdur.

Aytən İbrahimova