Kremldən Trampa sərt reaksiya: “Sülhə kömək etmir”
“ABŞ Prezidenti Donald Trampın Ukraynaya silah tədarükünü bərpa etmək qərarı sülh yolu ilə nizamlanma cəhdlərinə kömək etməyəcək”.
SAVASHMEDİA.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Onun sözlərinə görə, Kremldə başa düşürlər ki, Ukraynaya silah tədarükü davam edir. “Görünür ki, avropalılar da Ukraynanın silahlandırılmasında fəal iştirak edirlər”, - Peskov gileylənib.
Peskov həmçinin bildirib ki, Kremldə hesab edirlər ki, Trampın “hərəkətləri sülh yolu ilə nizamlanmaya kömək etmək cəhdləri istiqamətində deyil”.
O əlavə edib ki, avropalılar da hərbi əməliyyatları davam etdirməyə yönəlmiş xətt seçiblər.
Xatirə SADİQ