"Harada yazılıb ki, kilsə..." - Paşinyan ittihamları rədd etdi

Ermənistanın Baş naziri Nikol Paşinyan erməni din xadimlərinin həbsinə münasibət bildirib.

Oct 16, 2025 - 13:57
"Harada yazılıb ki, kilsə..." - Paşinyan ittihamları rədd etdi

SAVASHMEDİA.az xəbər verir ki, o, Erməni Apostol Kilsəsinə guya müharibə elan etməsi ilə bağlı ittihamları rədd edib.

"Əvvəla, ondan başlayaq ki, mən Erməni Apostol Kilsəsinə hücum etmirəm. Kilsə sənədlərinin heç bir yerində katolikos vəzifəsini tutan şəxslə kilsənin eyni olduğu yazılmayıb. Heç bir yerdə belə bir qeyd yoxdur", - Ermənistanın baş naziri brifinqdə bildirib.

Onun sözlərinə görə, erməni kilsəsinin tarixində bir neçə dəfə katolikosun taxtdan salınması və istefaya göndərilməsi halları olub. "Bundan sonra kilsə dağıldı? Təbii ki, yox", - Paşinyan vurğulayıb.

O xatırladıb ki, Ermənistanda yepiskopların cinayət məsuliyyətinə cəlb edilməsi və illərlə azadlıqdan məhrum edilməsi halları olub.

Oğuz