Çingiz Abdullayev Cabir İmanovdan danışdı - "İnsafın olsun, yazma"

Xalq yazıçısı Çingiz Abdullayev mərhum Əməkdar artist Cabir İmanovla bağlı danışıb.

Oct 16, 2025 - 13:42
Çingiz Abdullayev Cabir İmanovdan danışdı - "İnsafın olsun, yazma"

SAVASHMEDİA.az xəbər verir ki, o, Rekord TV-də yayımlanan “Qaranlıqda həqiqət” layihəsində bildirib:

“Cabirlə münasibətimiz çox gözəl idi. Mən həmişə o uşaqları dəstəkləmişəm. Bəzi adamlar başa düşmürlər ki, bu insan dünyadan köçüb, amma ata-anası sağdır, 4 övladı, qardaşı var. Bir az insafınız olsun. Onun haqqında yazan insanlar allahsızdırlar. Bəlkə də sağlığında nə isə xoşuna gəlməyib, lakin insan vəfat edib. İnsafın olsun, bunu yazma! Bir az döz, özünü sıx. Öz çirkabını mütləq çıxarmalısan ki, hamı oxusun?! Allah Cabirə rəhmət etsin. Cavan yaşında vəfat etməyi çox insana təsir etdi”. pi