Tramp Zelenski ilə telefon danışığında bu sözü DƏFƏLƏRLƏ TƏKRARLAYIB - Maraqlı DETAL
ABŞ Prezidenti Donald Trampla Ukrayna Prezidenti Volodimir Zelenskinin son telefon danışığının detalları məlum olub.
SAVASHMEDİA.az xəbər verir ki, “Axios”un söhbətin məzmunundan xəbərdar olan mənbəyə istinadən yaydığı məlumata görə, danışıq zamanı “dizel” sözü dəfələrlə işlədilib.
Məlumata əsasən, Tramp Zelenskidən Rusiyadakı neft emalı zavodlarına hücumları dayandırmasını bir neçə dəfə xahiş edib. ABŞ Prezidenti bu hücumların dünyada dizel yanacağının qiymətinə təsir etdiyini bildirib.
Telefon danışığı zamanı Trampla Zelenskinin sentyabrın 22-də Nyu-Yorkda görüşməsi də razılaşdırılıb. Görüş BMT Baş Assambleyasının sessiyası çərçivəsində baş tutacaq.
Ukrayna Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Rustem Umerov isə “Axios”a açıqlamasında Rusiya-Ukrayna danışıqlarında ciddi irəliləyiş olduğunu deyib. Onun sözlərinə görə, fikir ayrılığı olan məsələlərin sayı onlardan cəmi bir-iki əsas məsələyə qədər azalıb.
Oğuz