"Kürdlərin klubu" Türkiyə Super Liqasında liderliyə yüksəldi 

Türkiyə Super Liqasında VI tur davam edir.

Sep 21, 2026 - 02:22
Sep 21, 2026 - 02:23
"Kürdlərin klubu" Türkiyə Super Liqasında liderliyə yüksəldi 

SAVASHMEDİA.az xəbər verir ki, bu gün "Beşiktaş" meydana çıxıb.

Komanda səfərdə "Amedspor"un qonağı olub. Meydan sahibləri oyuna fəal başlayıb. Diyarbakır təmsilçisi ilk hissədə iki cavabsız qol vurub.

İkinci yarı qonaqların üstünlüyü ilə keçib. Matçın gedişində meydan sahibləri azlıqda qalıb. Buna baxmayaraq "Amedspor" 3:2 hesablı qələbə qazanmağı bacarıb.

Bu nəticələrdən sonra turnir cədvəlinə 13 xalla "Amedspor" başçılıq edir. Eyni xalı olan "Qalatasaray" 2-ci, 12 xal toplayan "Beşiktaş" 3-cüdür. "Fənərbaxça" və "Trabzonspor" isə 10 xalla müvafiq olaraq 6-7ci yerləri bölüşürlər.

Xatırladaq ki, "Amedspor" özünü "kürdlərin klubu" adlandırır.

Aytən