“Tramp həqiqətən Ukraynanın qalib gəlməsini istəyir” - Zelenski

Prezident Volodimir Zelenski amerikalı həmkarı Donald Trampın Ukraynanın müharibədə qalib gəlməsini həqiqətən istədiyinə inandığını bildirib.

Sep 26, 2025 - 15:38
“Tramp həqiqətən Ukraynanın qalib gəlməsini istəyir” - Zelenski

SAVASHMEDİA.az xəbər verir ki, Zelenski bu barədə “Axios” nəşrinə müsahibəsində deyib. 

“ABŞ prezidenti Donald Trampın həqiqətən Ukraynanın qalib gəlməsini istədiyinə inanırsınızmı” sualına Ukrayna lideri belə cavab verib: “Bəli”.

Bu məqamda jurnalist Zelenskiyə Trampın onun “kartının olmadığı” iddiasını xatırladıb və “nə dəyişdi” sualına aydınlıq gətirməsini istəyib. 

“Düşünürəm ki, Putinlə vəziyyət, onun Putinlə münasibəti dəyişib. Və düşünürəm ki, prezident Tramp anladı ki, Putin ona uğur gətirməyəcək, hətta əgər bu məqama bu rakursdan baxsaq belə. Düşünürəm ki, ABŞ prezidenti üçün cəmiyyətin dəstəyi çox vacibdir. Və istənilən lider üçün bu, çox vacibdir. Düşünürəm ki, cəmiyyət, Amerika cəmiyyəti Putinə hörmət etmir və ona etibar etmir. Və əksər hallarda onun bu müharibəni bitirmək istədiyinə inanmırlar”, - deyə Zelenski vurğulayıb.

Xatirə SADİQ