Türkiyənin əfsanəvi müğənnisi balkondan yıxılıb öldü – “Kameralara baxılsın” + VİDEO

Türkiyənin məşhur müğənnisi Gülü faciəvi şəkildə ölüb.

Sep 26, 2025 - 15:33
Türkiyənin əfsanəvi müğənnisi balkondan yıxılıb öldü – “Kameralara baxılsın” + VİDEO

SAVASHMEDİA.az xəbər verir ki, türk arabesk musiqisinin əfsanələrindən sayılan ifaçının ölüm xəbərini oğlu yayıb. O bildirib ki, anası Yalovadakı evinin balkonundan yıxılaraq həyatını itirib. Müğənninin qızı isə hadisə anında orada olduğunu, anasının dostları ilə evində əylənərkən qəfil balkondan yıxıldığını deyib.

52 yaşlı müğənninin ölümü ilə bağlı Yalova valiliyi də məlumat yayıb. Məlumatda qeyd edilib ki, müğənni Güllü qızı, qızının rəfiqəsi və dostları ilə evində əylənərkən balkondan yerə yıxılıb. Onun üçün təcili tibbi yardım çağırılıb. Bütün müdaxilələrə baxmayaraq, ifaçının həyatını xilas etmək mümkün olmayıb.

Güllünün ölümü Türkiyənin incəsənət adamlarını yasa boğub. Müğənni Demet Akalın Gülünün ölümünə inana bilmədiyini yazıb. Müğənninin yaşadığı binaya yaxın təhlükəsizlik kameralarına baxılmasını istəyib.

Qeyd edək ki, əsl adı Gül Tut olan müğənni 1973-cü ildə İstanbulda, Kasımpaşada anadan olub. Çətin uşaqlıq və yeniyetməlik illəri keçirib.  Güclü səsi ilə tez bir zamanda diqqətləri özünə çəkməyi bacarıb. “Kasımpaşalı Güllü” ləqəbi ilə tanınıb. 1990-cı illərdən peşəkar musiqi səhnəsinə daxil olub. Güllüyə şöhrət gətirən “Oyuncak gibi”, “Kırılsın Ellerim”,  “Sevdim”, “Her Şeyim Oldun”, “Unutamazsın Beni”,  “Varlığın Yeter” kimi mahnıları olub.

Banu  

Fotolarda: müğənni Güllü