Elməddin Fərda ilə niyə küsülü olduğunu açıqladı - "Deyir, "torbasını tikmişəm", amma..."

Aktyor Elməddin Cəfərov Fərda Xudaverdiyevlə küsülü olduğunu etiraf edib.

Feb 4, 2025 - 15:26
Elməddin Fərda ilə niyə küsülü olduğunu açıqladı - "Deyir, "torbasını tikmişəm", amma..."

SAVASHMEDİA.az xəbər verir ki, aktyor bu barədə "Qapqara"  "Youtube" layihəsində danışıb. 

O bildirib ki, Fərda həmkarı Müşviq Şahverdiyevlə də danışmır. Buna səbəb isə onların "Qara-qura" layihəsi olub. 

Belə ki, Elməddin sözügedən layihədə Fərdanın da  yer almasının planlaşdırıldığını açıqlayıb:

"Fərda ilə bir işləyəcəkdik. Bu üçlüyə görə layihəmi bağladım və gəldim. Son anda Fərda getdi başqa yerə. Bizim gördüyümüz iş dayandı. Amma sonra eşitdim ki ki, Fərda deyir Elməddin "torbamı tikib". Üzüldüm. Mən səni xilas etmək üçün dağa dırmaşıram. Sən isə deyirsən sərin hava istəyirdi deyə dağa dırmaşdı. Təşəkkür etmə, amma belə də danışma".