NATO baş katibindən KRİTİK ÇAĞIRIŞ - "Müharibəyə hazırlaşmalıyıq"

NATO-nun baş katibi Mark Rutte Avropa ölkələrini müdafiə xərclərini artırmağa çağırıb.

Feb 2, 2025 - 10:27
Feb 2, 2025 - 10:36
NATO baş katibindən KRİTİK ÇAĞIRIŞ - "Müharibəyə hazırlaşmalıyıq"

SAVASHMEDİA.az xəbər verir ki, o, bu barədə "Bild" qəzetinə müsahibəsində bildirib.

O, Berlini hərbi sənaye və müdafiə sahələrində daha ​​çox xərcləməyə və daha çox istehsal etməyə çağırıb. Onun sözlərinə görə, bu məsələ yaxın aylarda bir çox Avropa ölkələrində müzakirə mövzusu olacaq.

“Mən sizə çox açıq deyirəm: biz müharibəyə hazırlaşmalıyıq. Bu, müharibədən qaçmağın ən yaxşı yoludur”, - Rutte bildirib.

Bundan əvvəl amerikalı aparıcı Taker Karlson NATO-nun aktuallığını itirdiyini bildirmişdi. Karlson istehza ilə qeyd edib ki, NATO SSRİ-yə qarşı yaradılıb, lakin o vaxtdan 35 il keçib. O vurğulayıb ki, bəyan edilmiş sülhməramlı məqsədə baxmayaraq, hazırda Avropanın mərkəzində son 80 ilin ən böyük müharibəsi gedir və bu, NATO-nun effektivliyini şübhə altına alır.