"Qalatasaray" "Fənərbaxça"ya başsağlığı verdi

"Fənərbaxça"nın İdarə Heyətinin üzvü Mehmet Salih Derelinin vəfat xəbəri Türkiyə idman camiəsini kədərləndirib.

Feb 2, 2025 - 10:08
"Qalatasaray" "Fənərbaxça"ya başsağlığı verdi

SAVASHMEDİA.az xəbər verir ki, "Qalatasaray" Derelinin vəfatı ilə bağlı başsağlığı mesajı yayımlayıb.

Həmin mesajda bildirilir:

""Fənərbaxça"nın İdarə Heyətinin üzvü Mehmet Salih Derelinin vəfat xəbərindən üzüldük. Mərhuma Allahdan rəhmət, ailəsinə və "Fənərbaxça" İdman Klubuna başsağlığı veririk".