Müsabiqə şərtlərində yeni tələb - Əhməd İsmayılov açıqladı

“Xəbər lentini jurnalist əməyinin minimuma endiyi tərcümə xəbərləri üzərində qurmaq peşəkarlıq prinsipləri ilə uzlaşmır”.

May 27, 2025 - 11:34
May 27, 2025 - 12:54
Müsabiqə şərtlərində yeni tələb - Əhməd İsmayılov açıqladı

SAVASHMEDİA.az xəbər verir ki, bunu APA-ya müsahibəsində  Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bildirib.

Ə.İsmayılovun sözlərinə görə, Medianın İnkişafı Agentliyi tərəfindən həyata keçirilən onlayn media subyektlərinə dəstək layihələri üzrə müsabiqənin qaydalarına dəyişiklik edilərək maliyyələşəcək veb-saytların təqdim etdikləri unikal məzmunun yalnız 25 faizinin tərcümə materialı ola biləcəyi ilə bağlı tələb irəli sürülüb.

“Düşünürük ki, bu addım medianın özünəməxsus məzmun istehsalında növbəti dönüş nöqtəsi olacaq”, - MEDİA-nın İcraçı direktoru vurğulayıb.