Tramp bu sevdasından əl çəkmir – “Qrenlandiyaya sahiblənməliyik”
Kennet Hoveri ABŞ-ın Danimarkadakı səfiri vəzifəsinə təyin edən Donald Tramp Qrenlandiyanın Vaşinqtonun nəzarətinə keçməsi arzusunu yenidən dilə gətirib.
SAVASHMEDİA.az xəbər verir ki, Tramp bunu “Truth Social” şəbəkəsində yazıb.
Trampın sözlərinə görə, “PayPal”ın və “Founders Fund” firmasının həmtəsisçisi kimi Hovery Amerika innovasiyaları və texnologiya liderliyini qlobal uğur hekayələrinə çevirib.
Onun fikrincə, belə təcrübə Hoverin ölkəni xaricdə təmsil etməsi üçün əvəzolunmaz olacaq. “Dünyada milli təhlükəsizliyi və azadlığı təmin etmək üçün Amerika Birləşmiş Ştatları hesab edir ki, Qrenlandiyaya sahiblik və nəzarət mütləq zərurətdir. ABŞ-nin maraqlarını təmsil etməklə Ken əla iş görəcək", - deyə Tramp vurğulayıb.
“Axios” nəşrinə görə, 1867-ci ildən bəri ABŞ hakimiyyəti Qrenlandiyanı almaq imkanlarını dəfələrlə nəzərdən keçirib və hətta ələ keşirməyə cəhd edib.
Qrenlandiya coğrafi baxımdan Şimali Amerika qitəsinin bir hissəsi hesab olunsa da, Avropa ilə sıx geosiyasi əlaqələri var. 1979-cu ildən etibarən Danimarkanın xarici muxtar ərazisi statusuna malik olduğundan Avropa İttifaqından maliyyə dəstəyi alır.
Arktikaya birbaşa çıxışı olan Qrenlandiyada qızıl, gümüş, mis və uran yataqları var. Geoloqlar hesab edirlər ki, adanın sahillərindəki sularında neft hasilatı üçün böyük potensial mövcuddur.
Xatırladaq ki, Tramp ilk prezidentliyi dövründə – 2019-cu ildə Danimarkaya aid olan Qrenlandiya adasını almaq üzərində düşünməyə başlayıb.
O zaman Danimarkanın bütün siyasi spektrini təşkil edən siyasətçilər amerikalı prezidentə bu ideyanı unutmağı tələb etdilər, Qrenlandiya Xarici İşlər Nazirliyi isə adanın satılmadığını bəyan etdi.
Xatirə SADİQ