Qanın həddindən artıq qatılaşmasının ƏLAMƏTLƏRİ
Qanın həddindən artıq qatılaşması baş ağrısı, başgicəllənmə, daimi yorğunluq və ətraflarda keyimə kimi əlamətlərlə özünü göstərə bilər.
SAVASHMEDİA.az bildirir ki, bu barədə mütəxəssislər xəbərdarlıq edib.
Həkimlər bildirib ki, yuxululuq, başda dumanlılıq hissi və halsızlıq da qanın həddən artıq qatılaşmasına işarədir. Bu vəziyyət periferik qan dövranının pozulmasına səbəb olur. Nəticədə, əl və ayaqların daim soyuq olmasına, həmçinin ətraflarda keyimə və iynələnmə hissinin yaranmasına gətirib çıxarır.
Qanın qatılaşmasının digər əlamətləri sırasında görmənin pisləşməsi, göz önündə uçuşan nöqtələrin yaranması, dərinin rənginin dəyişməsi, tez-tez burun qanamaları və bədəndə səbəbsiz göyərmələrin əmələ gəlməsi qeyd edilib.
Mütəxəssislər xəbərdarlıq ediblər ki, qanın qatılığının artması qan laxtalarının yaranması riskini yüksəldir. Bu isə dərin vena trombozu, ağciyər arteriyasının tromboemboliyası, infarkt və işemik insult kimi ciddi fəsadlara səbəb ola bilər. Özündə bu əlamətləri müşahidə edən şəxslərə dərhal həkimə müraciət etmək tövsiyə edilib.
Banu