Azərbaycanda yasda kütləvi zəhərlənmə

Samux rayonunda keçirilən yas mərasimində kütləvi zəhərlənmə hadisəsi baş verib.

May 20, 2026 - 22:01
Azərbaycanda yasda kütləvi zəhərlənmə

20 may 2026-cı il tarixində Samux rayonunun Lək kəndində keçirilən yas mərasimində baş verən hadisə ilə əlaqədar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin regional bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılıb.

SAVASHMEDİA.az xəbər verir ki, özlərini narahat hiss edən 21 nəfərə tibb müəssisəsində yardım göstərildikdən sonra evə buraxılıblar. 

Hadisənin səbəblərinin müəyyənləşdirilməsi məqsədilə mərasimdə təqdim olunan, məişət şəraitində hazırlanan qidalardan müayinələrin aparılması üçün nümunələr götürülərək laboratoriyaya təqdim edilib.

Araşdırmalar davam etdirilir.