Qaşlarınız tökülürsə, bunu mütləq sınayın!
Qaşların üz cizgilərinin gözəlliyindəki rolu danılmazdır. Lakin yaş artdıqca müxtəlif səbəblərdən qaşlarda tökülmə və ya seyrəkləşmə başlayır.
SAVASHMEDİA.az qaş tökülməsinə qarşı iki yağdan hazırlanan qarışımın reseptini təqdim edir:
Zeytun yağı
Qaşların qidalanmasını və böyüməsini dəstəkləyən E vitamini və antioksidantlarla zəngindir.
Gənəgərçək yağı
Qaş köklərini gücləndirir, qan dövranını artırır və qaşların tez uzanmasına kömək edir.
HAZIRLANMASI
Bir çay qaşığı zeytun yağı ilə bir çay qaşığı gənəgərçək yağını qarışdırın.Təmiz pambıq və ya tuş fırçasından istifadə edərək qarışığı qaşlarınıza yumşaq bir şəkildə çəkin. Tətbiq etdikdən sonra təxminən 30 dəqiqə gözləyin və sonra ilıq su ilə yuyun. Bu qarışımı müntəzəm olaraq həftədə 3-4 dəfə tətbiq etsəniz, qaşlarınızın tökülmədiyini və sıxlaşdığını görəcəksiniz.
Banu