Əsma Əsəd Moskvada xərçəng müalicəsinə başlayıb

"Suriyanın keçmiş prezidenti Bəşər Əsədin həyat yoldaşı Əsma Əsəd Moskvada qan xərçənginin təkrarlanmasına qarşı müalicəyə başlayıb"

Dec 21, 2024 - 15:11
Dec 21, 2024 - 15:23
Əsma Əsəd Moskvada xərçəng müalicəsinə başlayıb

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə "Financial Times" nəşri yazıb.

Nəşr iddia edib ki, Əsma Əsəd Moskvaya ərindən bir neçə həftə əvvəl gəlibmiş. Hazırda isə Əsma Əsədin valideynləri də Rusiya paytaxtındadır. 

Bildirilir ki, bu il Suriyanın keçmiş birinci xanımına kəskin miyeloid leykemiya diaqnozu qoyulub. 2019-cu ildə isə Əsma Əsəd döşün bədxassəli şişinin çıxarılması üçün əməliyyat olunub. 

Oğuz