Britaniya radiosu Kral III Çarlzın ölüm xəbərini yaydı

Britaniyanın “Radio Caroline” radiostansiyası Kral III Çarlzın ölüm xəbərini yayıb.

May 20, 2026 - 22:40
May 21, 2026 - 00:37
Britaniya radiosu Kral III Çarlzın ölüm xəbərini yaydı

SAVASHMEDİA.az xəbər verir ki, sözügedən xəbər efirdə “Tanrı Kralı qorusun” himninin fonunda səsləndirilib.

Bundan dərhal sonra  yayım dayandırılıb və təxminən 17 dəqiqə bərpa olunmayıb.

Daha sonra aparıcılar efirə qayıdaraq Kralın ölümü ilə bağlı xəbəri təkzib edib və dinləyicilərdən üzr istəyiblər.

Məlumata görə, hadisə “kompüter xətası” səbəbindən baş verib.

Oğuz