İmişlidəki qəzanın detalları, polis öz qardaşı övladlarını vurubmuş - TƏFƏRRÜAT 

İmişli rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Jan 18, 2025 - 12:47
İmişlidəki qəzanın detalları, polis öz qardaşı övladlarını vurubmuş - TƏFƏRRÜAT 

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, xidmətə gedən DYP avtomobilinin qarşısına digər bir nəqliyyat vasitəsinin çıxması nəticəsində xidməti avtomobil yol kənarında olan uşaqlara dəyib. Onlardan 2 nəfər həlak olub, digər azyaşlılar və sürücü xəstəxanaya çatdırılıb.

Məktəblilər İmişli rayonu Yalavac kənd İ.Səfərov adına tam orta məktəbin şagirdləri olublar.

Hadisə bu gün saat 12:30-da, məktəblilər dərsdən evə gedən zaman baş verib. 

Faktla görə cinayət işi başlanılıb, polis və prokurorluq orqanlarında araşdırma aparılır.

Məlum oldub ki, qəza zamanı dünyasını dəyişən azyaşlılar hadisəni törədən polis əməkdaşının qardaşı övladlarıdır.

Bu barədə Lent.az saytı mənbələrinə istinadən xəbər yayıb.

Qəzada xəsarət alan yol polis inspektorunun da vəziyyəti ağır olduğu bildirilir.