Hökümənin ailəsinin pulu belə qaytarılıb - "Kapital Bank" AÇIQLADI

SAVASHMEDİA.az xəbər verir ki, “Kapital Bank” vəsaitin necə geri qaytarılması ilə bağlı məlumat yayıb.

Jan 18, 2025 - 12:21
Jan 18, 2025 - 12:27
Hökümənin ailəsinin pulu belə qaytarılıb - "Kapital Bank" AÇIQLADI

Milli Qəhrəman Hökumə Əliyevanın ailəsi kiberdələduzluq halı ilə üzləşib. Bununla bağlı hüquq mühafizə orqanları, “Kapital Bank” tərəfindən dərhal araşdırma başlanılıb və həmin şəxslər müəyyən edilərək oğurlanan pullar geri qaytarılıb.

Bildirilib ki, bank vəsaitin köçürüldüyü hesabı dərhal bloklayıb və oğurlanmış məbləğin ələ keçirilməsinə imkan verilməyib:

“Görülən tədbirlər nəticəsində məbləğin bərpası mümkün olub və vəsait geri qaytarılıb.

Bir daha müştərilərimizdən diqqətli olmalarını şəxsi məlumatlarını, istifadə etdikləri kart məlumatlarını üçüncü şəxslərə verməməyi, kartın üzərində olan 3 rəqəmli CVV kodunu, SMS vasitəsilə gələn 3D qoruma kodunu, şəxsiyyət vəsiqəsinin FİN kodunu heç kimlə bölüşməməyi, Kapital Bank adına hazırlanan və göndərilən uydurma videolara və reklam mətnlərinə inanmamağı xahiş edirik”.