Balakəndə çoban itinin parçaladığı kişi öldü

Balakəndə itin parçaladığı qoca kişi ölüb.

Nov 10, 2025 - 20:08
Balakəndə çoban itinin parçaladığı kişi öldü

Rayonun Mahamalar kənd sakini 1942-ci il təvəllüdlü Atayev Məhəmməd yaşadığı ərazidə yerləşən fermanın yaxınlığından keçərkən çoban iti ona hücum edib.

İtin dişləməsi nəticəsində ağır xəsarətlər alan 83 yaşı M. Atayev hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.