Sabiq nazir və xanımı qəzaya düşdü - VİDEO
Türkiyənin məşhur aktrisası Müjde Ar və həyat yoldaşı, sabiq mədəniyyət naziri Ercan Karakaş ağır qəzaya düşüblər.
SAVASHMEDİA.az xəbər verir ki, İstanbulun Aqat məhəlləsində sərnişin avtobusu aktrisa və ərinin olduğu Cip markalı avtomobilə çırpılıb. Hadisə yerinə təcili tibbi yardım maşını və polis gəlib.
Avtomobildən çıxarılan aktrisa və həyat yoldaşı təcili xəstəxanaya çatdırılıb. Xəstəxanadan verilən açıqlamada bildirilib ki, Müjde Ar başından və belindən yaralanıb, həyat yoldaşı olan sabiq mədəniyyət naziri isə müxtəlif yüngül xəsararətlər alıb. Aktrisanın hazırda xəstəxanada müalicələri davam etdirilir.
Banu
Qəzanın anbaan görüntülərini təqdim edirik: