Bakıda içi pulla dolu olan ödəmə terminalı oğurlandı

Dekabrın 22-nə keçən gecə Suraxanı rayonu ərazisində mağazaların birində quraşdırılan və kassa aparatında 5000 manata yaxın maddi vəsait olan ödəmə terminalının oğurlanması barədə polisə məlumat daxil olub.

Dec 30, 2024 - 15:19
Bakıda içi pulla dolu olan ödəmə terminalı oğurlandı

Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, Suraxanı rayon Polis İdarəsi 30-cu Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 32 yaşlı İlham Rəhmanov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.