Rusiyanın hökumət təyyarəsi ABŞ-a niyə uçub? - Zaxarovadan açıqlama
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Rusiyadan ABŞ-a xüsusi uçuşla bağlı xəbərləri şərh edib
SAVASHMEDİA.az-ın xəbərinə görə, o, hökumət təyyarəsinin ABŞ-a səfərinin diplomatların rotasiyası ilə bağlı olduğunu deyib.
Dekabrın 26-da “Rusiya” xüsusi uçuş dəstəsinə məxsus RA-96023 quyruq nömrəli İl-96-300 təyyarəsi Nyu-Yorka, sonra isə Vaşinqtona istiqamət alıb. Flightradar-ın məlumatına görə, təyyarə dekabrın 28-də Rusiyaya qayıdıb.
Oğuz