"Hökumət nə düşünür, düşünürmü, düşünməyi bacarırmı?!" - Natiq Cəfərli
"Azərbaycanda 1991-ci ildə 190 mindən bir az çox, 2011-ci ildə 176 minə yaxın, 2024-cü ildə isə cəmi 102 min civarında uşaq doğulub".
SAVASHMEDİA.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert, ReAL partiyasının rəhbəri Natiq Cəfərli sosial şəbəkə hesabında yazıb.
Azərbaycanda əhalinin sürətlə azaldığını xatırladan Natiq Cəfərli fikirlərini belə davam etdirib:
"Azalırıq, özü də sürətlə, sosial-iqtisadi problemlərə görə insanlar ailə qura bilmirlər, ailə quranlar isə dünyaya 2-ci uşaq gətirməyə çəkinirlər.
Hökumət uşaq pulu vermək istəmir, bunu anladıq, amma iqtisadi azadlıqları artırmağa da yanaşmır, vergiləri, rüsumları da azaltmır ki, insanlar özləri qazanıb oğullu-uşaqlı, evli-eşikli olsunlar.
Görəsən hökumət nə düşünür, ümumiyyətlə, düşünürmü, düşünməyi bacarırmı?!"
Oğuz