Nəsimi Musayev erməni qadının evindən pul, şalvar və ağıllı saat aparıb? – İTTİHAM AKTI
Ermənistanda saxlanılan Azərbaycan hərbçisi Nəsimi Musayevin işi üzrə ittiham aktında onun gizləndiyi evdən götürdüyü əşyalarla bağlı detallar açıqlanıb.
SAVASHMEDİA.az xatırladır ki, hadisə Sünik vilayətinin Sisian icmasının Şaki kəndində baş verib.
İttiham aktına görə, Musayev sentyabrın 30-dan oktyabrın 1-nə keçən gecə kəndin 6-cı küçəsində yerləşən 20 nömrəli evə qanunsuz daxil olub.
İddia olunur ki, o, evdən mobil telefon, ağıllı saat, şalvar, 9 min Ermənistan dramı (təxminən 42 AZN-red) , bank kartı və iki ayaqqabı götürüb. Ev sahibi Ani Avetisyana ümumilikdə 26 min dram (təxminən 123 manat) məbləğində maddi ziyan dəydiyi bildirilir.
İttiham aktında Musayevin üzərində AKM markalı avtomat, 140 döyüş patronu, 10 boş patron və süngü-bıçaq olduğu da qeyd edilib.
İttihama görə, oktyabrın 1-də evinəə gələn Ani Avestiyan Musayevlə qarşılaşıb. O, avtomatdan atəş açaraq qadını yaralayıb.
Məhz bundan sonra Nəsimi Musayev aşkar edilərək saxlanılıb.
Qeyd edək ki, Nəsimi Musayev barəsində başlanmış cinayət işi üzrə ibtidai istintaq başa çatıb və ittiham aktı məhkəməyə göndərilib. İşə Sünik məhkəməsində baxılacaq.
Səlcuq